Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhərlərdə ən təhlükəsiz yerlər müəyyən edildi

Şəhərlərdə ən təhlükəsiz yerlər müəyyən edildi

Tarix: 9 Fevral 2020 15:16

ABŞ-da Pensilvaniya Dövlət Universitetinin alimləri böyük şəhərlərdə havada çirkləndirici bərk hissəciklərin miqdarının aşağı səviyyədə olduğu ən təhlükəsiz yerləri müəyyən ediblər.

Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, bunlara binaların damları və külək tutmayan tərəfləri daxildir.

Tədqiqatçılar şəhər ərazisində hava axınını simulyasiya edən aerodinamik qurğu yaradıblar. Aşağı hündürlüklərdə küləyə mane olan və turbulentlik (ağac və binalar) yaradan maneələrin yaradılması üçün alimlər kartondan və plastik konstruktorun detallarından istifadə ediblər. Bərk hissəciklər havada çox vaxt su damcıları ilə örtülü olduğu üçün, çirklənmə mənbəyi kimi ultrasəs nəmləndiricisindən istifadə edilib.

Təcrübə zamanı əldə edilən məlumatlar kompüter modelinin işlənib hazırlanması üçün istifadə edilib. Hissəciklərin ən az miqdarı binaların damında və külək tutmayan tərəflərində (hissəciklərin axını küçələrə perpendikulyardır) aşkar edilmişdi. Bu da qəza nəticəsində çirkləndirici maddələrin havaya atılması zamanı piyadalar üçün yeni təhlükəsizlik qaydalarını müəyyən etməyə kömək edir. Bildirilir ki, yeni havasorucu qurğuları binaların dam hissələrində küçə yollarından uzaqda quraşdırılmalıdır.

Çirklənmiş şəhər havası xroniki xəstəliklərin və xərçəngin inkişafının, həmçinin vaxtından əvvəl ölümün əsas səbəblərindən biridir.


Etiketlər:  Şəhərlərdə təhlükəsiz yerlər müəyyən edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ