Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN: Səsvermə zamanı ictimai asayişin kobud surətdə pozulması qeydə alınmayıb

DİN: Səsvermə zamanı ictimai asayişin kobud surətdə pozulması qeydə alınmayıb

Tarix: 9 Fevral 2020 21:06

2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilmiş, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda - rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb.


Etiketlər:  DİN Səsvermə zamanı ictimai asayişin kobud surətdə pozulması qeydə alınmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ