Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onun ailəsi var, nə vaxta qədər gözləyim?”

“Onun ailəsi var, nə vaxta qədər gözləyim?”

Tarix: 10 Fevral 2020 12:50

Vaxtilə sevmişəm. İlk öncə insanda inam olmalıdır. Qarşı tərəfdə sevgi balansı sənə yaxın deyilsə, atəşin sönəcək. Özümü inandırmaq yox, sevdiyin şəxsə inam vacibdir.  Əvvəl ürəyimlə hərəkət edirdim.  "Eşqimi sönməyə qoymaram" mahnısı oxuyurdum. Tez-tez deyirdim ki, yolunu gözləyəcəm. Bu günədək gözlədim, hanı o? Həmin şəxsin ailəsi, övladları var. Hara qədər gözləyəsən? Qarşı tərəfdən gözlədiyin sevgini görməyincə, eşqin də sönür.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Ağ Qara" proqramında qonaq olarkən deyib. Bu günədək ailə həyatı qurmayan sənətçi böyük sevgi yaşadığını qeyd edib.

Məşhur müğənni "ikinci bahar" yaşayacağına ümid etdiyini bildirib: "Ətrafdakılar hər zaman mənə deyirdilər ki, Nisə, sən "ikinci bahar" yaşayırsan. Etika xətrinə o insanların bu sözlərini qəbul etsəm də, qulaq ardına vururdum. Mən nə "birinci baharı" tam yaşadım, nə də ki, "ikinci baharım" oldu. Düşünürəm ki, bəlkə bundan sonra "ikinci baharı" yaşayacağam. Hər şey ola bilər".


Etiketlər:  Onun ailəsi vaxta qədər gözləyim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ