Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək

Tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək

Tarix: 10 Fevral 2020 21:46

Nazirlər Kabineti sudan istifadə qaydalarına dəyişiklik haqda qərara aydınlıq gətirib.

Nazirlər Kabinetindən Sonxeber.net-a verilən məlumata görə, qərara əsasən hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

Eyni zamanda tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

Bu Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.


Etiketlər:  Tullantı sulların tənzimlənməsi təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ