Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kabildə universitet yaxınlığında partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB

Kabildə universitet yaxınlığında partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB

Tarix: 11 Fevral 2020 09:20

09:18

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Sonxeber.net bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölənlərdən 3-ü hərbçi, 2-si isə dinc sakindir. Bildirilir ki, yaralananlar arasında da azı 1 dinc sakin var.

Qeyd edilir ki, Kabildə Marşal Fahim adına Milli Müdafiə Universiteti yaxınlığında baş verən partlayış terrorçu-intiharçı tərəfindən törədilib.

---------
08:02

Əfqanıstanın paytaxtı Kabildə hərbi universitet yaxınlığında partlayış baş verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.


Etiketlər:  Kabildə universitet yaxınlığında partlayış ölənlər yaralananlar YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ