Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 11:03
Əməkdar artist Elza Seyidcahanın səhhətində problem yaranıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 54 saylı Şabran-Siyəzən dairəsindən namizədliyini irəli sürən sənətçinin seçkilərdə məğlubiyyətindən sonra halı pisləşib.
Özü və bacısı Mehribanın təzyiqlərə məruz qaldığını, hətta döyüldüyünü iddia edən Seyidcahan affekt vəziyyətinə düşüb. Əvvəlcə sənətçinin olduğu Xızı rayonundakı mənzilinə təcili tibbi yardım avtomobili çağırılıb, daha sonra onun Bakıya gətirilməsinə qərar verilib.
Hazırda bəstəkar-müğənni paytaxt klinikalarının birində müalicə alır, vəziyyəti normaldır.