Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 14:50
Filippin Xarici İşlər Nazirliyi ABŞ-ı xarici hərbi qüvvələr barədə müqaviləyə xitam verilməsi barədə məlumatlandırıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Filippin Xarici İşlər nazirinin müavini Dodo Dulay öz Tvitter səhifəsində paylaşıb. O, müqavilənin dayandırılması barədə məlumatın ABŞ-ın Filippindəki səfirliyinə veriləcəyini vurğulayıb.
"Manila Bulletin" qəzeti razılaşmanın tam olaraq 180 gün sonra bitəcəyini yazıb.
Qeyd edək ki, xarici hərbi qüvvələrin statusu haqqında müqavilə 1998-ci ildə imzalanıb. Bu müqavilə ABŞ hərbçilərinin Filippində yerləşmə qaydasını, eləcə də ölkədə birgə təlimlərin keçirilməsinin hüquqi əsasını müəyyən edir.