Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 18:21
Hindistanın Azərbaycandaki Səfirliyinin və Arts Council Azerbaijan qeyri hökumət təşkilatənın təşəbbüsü ilə Art Yoqa adlı layihəyə start verildi.
Sonxeber.net xəbər verir ki, layihənin təqdimatında yoqa müəllimi Yogaddin, Art Yoqa haqqında məlumat verdi və yoqa sessiyası təşkil etdi. Tədbirdə xarici vətəndaşlarla yanaşı coxsaylı yerli rəssamlar, dizaynerlər və digər yaradıcı insanlar iştirak etmişdi.
Art Yoga rəssamlıq və rəngkarlıqla təmasda olan bir yoqa üsuludur. Keçirdiyim Art Yoqa dərsləri müxtəlif rəsm əsərləri ilə əhatə olunmuş məkanda keçirilir. Bu insanın həm daxili həm də zahiri dünyada birgə vəhdət yaratmasında və eləcədə yoqa vasitəsilə bu əsərləri tam fərqli bir səmtdə, daha dərindən hiss etməsinə imkan yaradır.
Art Yoga dərsləri hər həftə içəri şəhərdə yerləşən Art Tower qalereyasında keçiriləcək. Eyni zamanda mütamadi olaraq digər müxtəlif yoqa tədbirlərinin təşkili planlaşdırılır.