Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 12:16
"Milan" növbəti mövsüm üçün baş məşqçi Stefano Piolinin yerinə mümkün namizədlərin axtarışlarını davam etdirir.
Qol.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, yeni baş məşqçi vəzifəsinə əsas namizədin Ukrayna millisinin çalışdırıcısı Andrey Şevçenko olduğu bildirilir. İtaliya təmsilçisinin texniki direktorunun Paolo Maldinin 43 yaşlı mütəxəssisi əsas namizəd kimi gördüyü vurğulanır.
Qeyd olunub ki, "Milan" ÇL-ə vəsiqə qazanmasa, klub hazırkı baş məşqçisi Stefano Pioloninin müqaviləsindəki bənddən istifadə edərək ona heç bir təzminat ödəmədən istefaya göndərə bilər.
Xatırladaq ki,Şevçenko futbolçu karyerası ərzində 1999-2006-cı illərdə və 2008/2009 mövsümündə "Milan"da oynayıb.