Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Siz ərinizlə evdə öpüşmürsünüz?'' - Aparıcıdan efirdə gözlənilməz REAKSİYA - FOTO

''Siz ərinizlə evdə öpüşmürsünüz?'' - Aparıcıdan efirdə gözlənilməz REAKSİYA - FOTO

Tarix: 12 Fevral 2020 17:52

"Kamera qarşısında duran insan başa düşməlidir ki, ona onun anası baxır, bacısı baxır, Azərbaycanın mənliyi olan qadınları baxır. Başa düşməlidir ki, bu kvadrat (televizor - red) tərbiyə verir. Özümüz istəmədən bir müəllimik. Televiziya öyrədir. Ona görə də siz oradan yaxşı şeyləri ötürməlisiniz ki, o böyüyən uşağın günahı yoxdur. Televiziyada nəyi görür onu götürür". 

Milli.Az xəbər verir ki, bu sözləri aktyor-aparıcı Şəhriyar Əbilov "Hər şey daxil"də deyib.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) Şəhriyarın fikirləri ilə razılaşmadığını bildirib:

"Zaurla Təhminə vaxtı ilə öpüşəndə "Zaur, Zaur...", heç nə demirdilər. Amma Oksana filmdə vaxtı ilə halallıca əri olmuş Elşad Xose ilə öpüşdü, Oksananı elədilər tərbiyəsiz. Ay bala, halalca əri idi. Siz ərinizlə evdə öpüşmürsünüz? Salfetka qoyursunuz aranıza. Bu mobil telefon var ha, 10 yaşında uşağın da əlində var, 15 yaşında uşağın da. İnstaqramda bu gün elə biabırçılıqlar baş verir ki, bir də görürsən müğənni çıxıb pis-pis söyüşlər söyür". 

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  ərinizlə evdə öpüşmürsünüz Aparıcıdan efirdə gözlənilməz REAKSİYA FOTO


RƏYLƏR