Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOBİA Almaniyanın "BVMW" assosiasiyası ilə birgə fəaliyyətə dair sənəd imzalayacaq - FOTO

KOBİA Almaniyanın

Tarix: 12 Fevral 2020 18:40

Yaxın müddətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Kiçik və Orta Müəssisələr Federal Assosiasiyası (BVMW) arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənəd imzalanacaq.

Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Almaniyada BVMW-in Bavariya üzrə nümayəndəsi Akim Mişel ilə görüşüb. Görüşdə hər iki qurumun fəaliyyəti, KOB-lara göstərilən dəstək barədə məlumat verilib, assosiasiyanın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Qeyd olunub ki, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında Azərbaycanın mövqeyinin yüksəlməsi alman şirkətlərini ölkəmizə investisiya qoyuluşu və birgə layihələrin reallaşdırılması üçün daha da təşviq edir.

Görüşdə KOB-ların iştirakı ilə birgə tədbirlərin keçirilməsinə, Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfərinin təşkilinə, turizm və İKT sahəsində layihələrin reallaşdırılmasına, yaxın müddətdə KOBİA və BVMW arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənədin imzalanmasına, Almaniyanın KOB-ların maliyyələşdirilməsi sahəsində uğurlu təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

Almaniyanın "BioM Biotech" Klasterlərin İnkişafı Mərkəzinin rəhbəri Hors Domdey ilə keçirilmiş görüşdə klasterləşmə ilə bağlı müzakirələr aparılıb. Məlumat verilib ki, Azərbaycanda KOB klasterlər üçün bir sıra güzəştlər nəzərdə tutulur və KOBİA bu sahədə təsdiqedici sənədi verən səlahiyyətli qurumdur. Almaniya tərəfi isə Bavariyada əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən klasterlərə dəstəyini diqqətə çatdırıb.

Görüşdə startaplara məsləhət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinə, tanışlıq səfərlərinin təşkilinə dair müzakirələr aparılıb.

Milli.Az


Etiketlər:  KOBİA Almaniyanın BVMW assosiasiyası ilə birgə fəaliyyətə dair sənəd imzalayacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ