Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 14:58
Koronovirus təhükəsi hər ötən gün böyüməkdədir. Bu proses ölkəmizdə də hər kəsi narahat edir. Çin ilə aramızda minlərlə kilometr məsafə olsa da, hər gün bu ölkədən gətirilən onlarla məhsul müxtəlif yollarla ölkəmizə daxil olur. Etibar Məmmədov uzun müddətdir ki, onlayn alış-veriş edir. O bildirir ki, son günlər məlum səbəblərdən sifarişi geri götürənlərin sayı çoxalıb. Hər kəs virusa yoluxmaqdan çəkinir.
Sonxeber.net bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi sözügedən məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.
Sakin: "Son 10-15 gündə ləğvlər çox olur. Yəqin ki, qorxurlar".
Mütəxəssis Cahid Əliyev fərqli fikirdədir. Onun sözlərinə görə məhsullara toxunmaq vasitəsi ilə virusa yoluxma ehtimalı çox azdır. Çünki əşyalar dövlət sərhəddinə daxil olarkən xüsusi cihazlarla yoxlanılır. Elə son günlər sifarişlərin gecikməsi də bununla əlaqəlidir.
Cahid Əliyev - Mütəxəssis: "Təbii ki, gömrükdən keçəndə yoxlanılır. Hazırkı vəziyyətə görə Çindən gələn, ətraf ölkələrdən gələn virusa görə daha ciddi yoxlamalar gedir. Sifarişlərdə gecikmə ola bilər hətta elə ola bilər ki, sifariş gəlməz".
Məsələyə tibbi tərəfdən də aydınlıq gətirməyə çalışdıq. Həkim Əlniyaz Ramazanlının sözlərinə görə koronavirus, əsasən, insanlara nəfəs, hava, su yolu ilə keçir. Əşyadan yoluxma riski isə minimumdur.
Əlniyaz Ramazanlı - Həkim: "Koronavirus bir qida məhsulları ilə yoluxur, bir də hava-damcı yolu ilə. Yoluxma yolu bunlardı. Xəstədən xəstəyə, havadan xəstəyə keçə bilər. Sizin dediyiniz mallar vasitəsi ilə yoluxma riski minimumdur".
Ümumi mənzərədən göründüyü kimi əşyaya təmas ilə virusa yoluxma ehtimalı azdır. Lakin hər kəs önləyici tədbirlərin görməli və sifariş olunan məhsula əl ilə toxunduqdan sonra texniki spirtlə həm məhsulu həm də əllərini təmizlənməlidir.