Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 14:56
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın lideri Kriştiano Ronaldo barədə danışıb.
Qol.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında Turin klubundan ayrılcağı deyilən portuqaliyalı hücumçunun komandada qalacağını bildirib:
"Kriştiano inanılmaz mövsüm keçirir. Bir neçə dəfə fərqlənib və komandaya çox kömək edir. Ronaldo "Yuventus"un gələcəyidir. Çox qısa müddətdir komandaya qoşulmasına baxmayaraq, möhtəşəm mövsüm keçirir. Növbəti mövsüm də belə davam edəcəyinə inanıram".
Qeyd edək ki, Ronaldonun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır.