Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 16:20
Müğənni Emil Bədəlov "Şou ATV" verilişinin qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, proqramda ifaçının müğənni atası haqda süjet yayımlanıb. Atasının görüntülərini görən Emil kövrəlib.
Sənətçi bildirib ki, atası sağ olsaydı, heç vaxt müğənnilik etməzdi:
"Atam sağ olsaydı, oxumazdım. Bir növ bu sənəti atamın yadigarı kimi davam etdirdim. Bəlkə heç atam da qoymazdı oxuyum. Çünki bu sənət çox ağırdı".