Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın maliyyə naziri gözlənilmədən istefa verib

Britaniyanın maliyyə naziri gözlənilmədən istefa verib

Tarix: 13 Fevral 2020 21:44

Britaniyanın maliyyə naziri Sacid Cavid cümə axşamı istefaya getdiyini elan edib. Onun istefası baş nazir Boris Consonun da gözlənilmədən öz kabinetində dəyişiklik etməsindən dərhal sonra baş verib.

Cavidin istefası onunla Consonun baş məsləhətçisi Dominik Kumminqs arasında baş verən gərginliklər barədə xəbərlərdən sonra elan olundu.

Sacid Cavid Britaniyanın Avropa Birliyini tərk etməsi və ilin sonuna kimi yeni razılıq əldə edilməsi fonunda ölkənin büdcəsini təyin etməsi tapşırığını almışdı.

50 yaşlı Cavid keçmiş bank işçisi olub, daha sonra siyasətə qatılıb. Onun ilk vəzifəsi daxili işlər naziri idi.

O, parlamentdən əvvəl ilk çıxışında bir bankir kimi təcrübəsini onu siyasətçi olmağa hazırladığını söyləyib, çünki hər iki peşə ictimaiyyət tərəfindən bəyənilmir.


Etiketlər:  Britaniyanın maliyyə naziri gözlənilmədən istefa verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ