Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 22:28
Böyük Britaniyanın baş naziri Boris Conson ölkə hökumətində dəyişikliklər edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, B.Consonun "Brexit"dən sonra etdiyi ilk dəyişikliklərdə maliyyə naziri Sacid Cavid və baş prokuror Ceffri Koks öz vəzifələrini tərk ediblər.
Yeni maliyyə naziri daha əvvəl nazir müavini vəzifəsini icra edən Rişi Sunak, yeni baş prokuror isə Suella Breyverman təyin ediliblər.
XİN rəhbəri Dominik Raab, daxili işlər naziri Priti Patel və müdafiə naziri Ben Uolles öz vəzifələrində qalıblar.