Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 11:34
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan "İJ-18", Aşağı Zərnava kənd sakinləri-Zinhar Allahverdiyevdən "İJ", Qədir Adıgözəlovdan "Tula", Elçin Pənahovdan "TOZ-63" , Yenikənd kənd sakinləri Bəxtiyar və Sədri Bəbirovların hərəsindən 1 ədəd "TOZ-63" markalı müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.
hHəmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.