Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncə sakinindən yarım kiloqramdan çox tiryək götürülüb

Gəncə sakinindən yarım kiloqramdan çox tiryək götürülüb

Tarix: 14 Fevral 2020 18:40

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Əzizov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan 12 qram, evindən isə 532 qram tiryək aşkar edilərək götürülmüşdür.

Milli.Az


Etiketlər:  Gəncə sakinindən yarım kiloqramdan çox tiryək götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ