Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 07:46
Yəmənin "Ənsar Allah" hərəkatı (Husilər) fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində yer-hava tipli raketlə ərəb koalisiyasının qırıcı təyyarəsini vurduqlarını bildiriblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Husilərin rəsmi nümayəndəsi "Əl-Masira" telekanalına deyib.
Nümayəndə "Ənsar Allah" hərəkatının əleyhdarlarına hücumlar üçün Yəmən hava məkanının istifadəsinin nəticələri haqqında düşünməyin vacibliyi barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bu xəbərlərə münasibət bildirməyib.
Husilər dəfələrlə Səudiyyə Ərəbistanının sərhəd bölgələrində kəşfiyyat dronlarının vurulmaqlaı haqqında xəbər yayıblar, lakin koalisiya bu ərazidə gedən müharibınin 5 ili ərzində itkilərinin olmadığını bildirir.