Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 08:14
İran və Çinin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Vanq Yi Münxendə fevralın 14-də nüvə razılaşması və koronavirus mövzularını müzakirə ediblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram"-kanalında verilən açıqlamada deyilib.
Məlumatda bildirilir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə İran və Çinin xarici işlər nazirləri həmçinin Birgə Hərtərəfli Fəaliyyət Planı, General Süleymaninin ölümü və Ukrayna təyyarəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Məhəmməd Cavad Zərif çinli həmkarına virusun episentri olan Vuhan şəhərindən iranlı tələbələrin evakuasiya edilməsində köməyə görə təşəkkür edib.