Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lempard gedir, Simeone gəlir?

Lempard gedir, Simeone gəlir?

Tarix: 15 Fevral 2020 15:40

"Çelsi"də mövsümün sonunda baş məşqçi dəyişikliyi ola bilər.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubu hazırkı çalışdırıcı Frenk Lempardın fəaliyyətindən razı deyil. "Zadəganlar" bu vəzifəyə "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneni gətirməyi düşünür.

Madrid təmsilçisi də Simeonenin fəaliyyətindən razı deyil. 49 yaşlı mütəxəssisin mövsümün sonunda istefaya göndəriləcəyi ehtimal olunur.

Qeyd edək ki, "Çelsi" əvvəllər də D.Simeonenin xidmətində maraqlı olsa da, argentinalı çalışdırıcı ingilis dilini bilmədiyi və "Atletiko"da qalmaq istədiyi üçün təklifi rədd etmişdi.

 


Etiketlər:  Lempard gedir Simeone gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ