Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 17:28
Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham olunan Orxan Abdullayevin barəsində cinayət işi açılıb.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Orxan Abdullayev rayon ərazisində 13 yaşlı qızla cinsi əlaqədə olub. Azyaşlının ailə üzvlərinin şikayətindən sonra Orxan Abdullayev həbs edilib.
Onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Vüsal Tağıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin olunub.