Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 19:15
Heç bir əks göstəriş yoxdursa, hər gün pendir yeməyin çox faydaları var.
Pendir protein və həyati vitamin mənbəyidir. Ona görə bu məhsulu hər gün yemək lazımlı sayılır.
Pendir məhz vitaminlərlə zənginliyi sayəsində immun sistemini gücləndirir, dərinin vəziyyətini, mərkəzi sinir və görmə sistemini dəstəkləyir. Bundan əlavə, bu məhsul hemoqlobinin, qırmızı qan hüceyrələrinin əmələ gəlməsi, yaraların tez sağalması və bədəndə kalsium səviyyəsinin tənzimlənməsi üçün faydalıdır.
Pendir, tərkibində olan çoxlu miqdarda protein sayəsində toxumaların, əzələlərin və hüceyrələrin bərpasına, həmçinin hormonların ifrazına kömək edir.
Pendirin eyni dərəcədə vacib bir üstünlüyü dişlərə təsiridir. Bu məhsulun yüksək kalsium tərkibi dişləri qorumağa, ağızdakı pH səviyyəsini azaltmağa və diş minasının zədələnməsinin qarşısını almağa kömək edir.
Ancaq eyni zamanda, pendirin kifayət qədər yağlı bir məhsul olduğunu xatırlamaq lazımdır və onu çox miqdarda yeməyə dəyməz. Ən yaxşı seçim, gündə 30 qram pendir yeməkdir. Və ya səhər yeməyində bir dilim qara çörəklə yemək daha yaxşıdır.