Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omeqa 6 ehtiva edən qidalar...

Omeqa 6 ehtiva edən qidalar...

Tarix: 15 Fevral 2020 19:51

Omeqa 6 yağ turşuları, kafi və balanslı bir qidalanmanın əsasları arasındadır. Bir çox sağlam qidada var. Omeqa 6 yağ turşularını müəyyən bir tarazlıqda qəbul etmək vacibdir.

Omeqa 6 yağ turşuları, bir çox qidada olan doymamış yağlardandır. Linoleik turşu, ən məşhur formalardan biridir. Digər tiplər arasında araşidonik turşu və qamalinolenik turşu var.

19-50 yaş arası qadınların gündəlik orta hesabla 12 qram və kişilərin 17 qram omeqa 6 yağ turşusuna ehtiyacı var. Omeqa 6 tərkibi yüksək olan qidalarla tanış olaq:

Badam

Badam, dünya səviyyəsində yetişdirilən məşhur bir yağlı çərəzdir. E vitamini, manqan və maqnezium ilə birlikdə mükəmməl bir zülal və lif mənbəyidir. Bir ovuc badam (25-30 qram) cəmi 3,5 qram omeqa 6 ehtiva edir.

Avokado yağı

Avokado yağı, avokadodan hazırlanan yeməli yağdır. Antioksidant baxımından zəngindir. Bundan başqa, parçalanmadan və ya oksidləşmədən yüksək istiliklərə dözə bilir. Bu da bişirmə, qızartma kimi üsullar üçün idealdır.

Qoz

Qoz, minerallar və lif baxımından olduqca zəngindir. Yeməklərin qida tərkibini artırmaq üçün istifadə edə bilərsiniz. 28 qram qoz təxminən 11 qram omeqa 6 ehtiva edir.

Yumurta

Yumurta, ehtiva etdiyi əhəmiyyətli tərkibi ilə sağlam bir qidalanmanın imtina edilməz parçasıdır. Yumurtaları yeməklərdə, kekslərdə, buterbrodlarda istehlak edə bilərsiniz. Orta böyüklükdə bir yumurta təxminən 0.6 qram omeqa 6 ehtiva edir.


Etiketlər:  Omeqa ehtiva edən qidalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ