Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin yaranmasının yeni səbəbləri açıqlandı

Xərçəngin yaranmasının yeni səbəbləri açıqlandı

Tarix: 15 Fevral 2020 21:51

Beynəlxalq alimlər qrupu bədxassəli şişlərin yaranma səbəblərini müəyyən etmək üçün xərçəng hüceyrələrinin DNT-ni ətraflı tədqiq ediblər.

"Science Alert" nəşrində yerləşdirilən press-relizə əsasən, mütəxəssislər xəstəliyin inkişafına təkan verən yeni mexanizmləri və genetik mutasiyaları müəyyən ediblər.

Genetiklər 2,8 min xəstədə 38 növ xərçəngin genomunu sekvensiya ediblər (nukleotidlərin ardıcıllığı müəyyənləşdirilib). Məlum olub ki, xəstəliyin yaranmasına 80 faizi yaşla bağlı olan genetik mutasiyaların minlərlə müxtəlif kombinasiyaları, digər hallarda isə irsiyyət və həyat tərzi səbəb olur. Eyni zamanda, bəzi xərçəng növləri orqanizmdə diaqnoz qoyulmamışdan on illərlə əvvəl inkişaf etməyə başlayır.

Alimlər xəstələrin beş faizində xərçəngə gətirib çıxaran məlum mutasiyaları aşkar etməyiblər ki, bu da şişlərin hələ də məlum olmayan genetik səbəblərindən xəbər verir. Eyni zamanda, xərçəngin müxtəlif formalarının, məsələn, süd və prostat vəzilərinin bədxassəli şişlərinin oxşar inkişaf mexanizmləri ola bilər, bu da göstərir ki, onları bənzər üsulla müalicə etmək olar.

Nəticələrə əsasən, genetik analiz müntəzəm diaqnoz vasitəsilə müəyyən edilə bilməyən xərçəng şişlərinin beş faizini aşkar etməyə kömək edir. O, həmçinin səhv diaqnozu müəyyən etməyə imkan verir.

Alimlərin sözlərinə görə, əgər sağlam orqanlarda qocaldıqca təsir göstərən qüvvələri, həmçinin mutasiyaların toplanmasına səbəb olan amilləri və bu proseslərdə həyat tərzinin rolunu anlamaq mümkün olarsa, onda sağalmayan xərçəng xəstəliklərinin yaranmasının qarşısını alan və ya ləngidən erkən müdaxilə üsullarını işləyib hazırlamaq mümkün olar.


Etiketlər:  Xərçəngin yaranmasının yeni səbəbləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ