Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 23:27
Saç tökülməsindən əziyyət çəkən insanların sayı günü-gündən artır. Bu problemin qarşısını almaq üçün istifadə olunan təbii vasitələrdən biri də palıd qabığıdır. Palıd qabığı saçlara çox müsbət təsir edir - möhkəmləndirir, kəpəkdən azad edir.
Bunun üçün saçlarınızı yuduqdan sonra palıd qabığı dəmləməsi ilə yaxalayın. Bu prosesi uzun müddət ərzində etmək lazımdır.
1 litr qaynar su üçün 5 xörək qaşığı palıd qabığı (ovulmuş halda) götürülür, 30 dəqiqə ərzində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.