Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarus gimnastlar kişilər arasında sinxron cütlüklərin yarışında qalib gəliblər

Belarus gimnastlar kişilər arasında sinxron cütlüklərin yarışında qalib gəliblər

Tarix: 16 Fevral 2020 15:56

Belarus gimnastlar Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında kişilər arasında sinxron cütlüklərin yarışında qızıl medal qazanıblar.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, onlar 52.720 xal toplayıblar.

İkinci yerdə Fransa təmsilçiləri (51.310 xal), üçüncü yerdə isə Qazaxıstan gimnastları (50.780 xal) qərarlaşıblar.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.


Etiketlər:  Belarus gimnastlar kişilər arasında sinxron cütlüklərin yarışında qalib gəliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ