Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 18:30
İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzinin məlumatında deyilir. Zəlzələnin episentri Bəndər-Abbas liman şəhərindən 48 kilometr qərbdə yerləşib.
Zəlzələ ocağı 47 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.