Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 18:20
Suriyanın Şərqi Quta bölgəsində kütləvi məzarlıq tapılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, cəsədlər 2012-2014-cü illərdə öldürülən şəxslərə aid olub.
Cəsədlərin terror qruplaşmaları tərəfindən qətlə yetirilən hərbçilərə və yerli vətəndaşlara aid olduğu qeyd edilir.
Məzarlıqdan 70 cəsəd çıxarılıb. Həmin şəxslərin əksəriyyətinin güllələnmə və boğulma nəticəsində öldürüldüyü bildirilir.
Ekshumasiyadan sonra meyitlərin qalıqları şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün yerli hərbi hospitala yerləşdiriləcək.