Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 19:44
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o bildirib ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklardan uzaqlaşdırılmasına baxmayaraq, komandadan ayrılmağı düşünmür:
"Hansı liqada olmağımızdan asılı olmayaraq, burada qalacağam. İkinci liqaya göndərsələr də, ayrılmayacağam. İndi birlikdə olmaq zamanıdır".
Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.