Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orxan Məmmədov: ''Azərbaycanın zərgərlik sahəsinə nizamlayıcı lazımdır''

Orxan Məmmədov: ''Azərbaycanın zərgərlik sahəsinə nizamlayıcı lazımdır''

Tarix: 18 Fevral 2020 12:56

Zərgərlik sahəsində qiymətləndirmə və nizamlama mexanizmlərinin yaradılması lazımdır.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanda "Zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" adlı konfransda deyib. Onun sözlərinə görə, qiymətli metalların keyfiyyətinin müəyyən edilməsinə nəzarətin olmaması müxtəlif problemlərə gətirib çıxarır.

O.Məmmədov bildirib ki, Azərbaycanda zərgərlik bazarının iştirakçıları və istehlakçılar arasında etimad aşağı səviyyədədir, ona görə də bu problemi aradan qaldıracaq vasitələrin yaradılması zəruridir:

"Bu sektorda qiymətləndirmə və nizamlama müəssisələrinin yaradılması yolu ilə nəzarət tədbirlərini gücləndirmək lazımdır".


Etiketlər:  Orxan Məmmədov Azərbaycanın zərgərlik sahəsinə nizamlayıcı lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ