Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 01:30
Çinin Uhan şəhərində yaşayan Kanada vətəndaşı 21 yaşlı Kristina Şramko ölümcül virus təhlükəsinə baxmayaraq, vətəninə qayıtmaqdan imtina edib.
Sonxeber.net xəbər verir ki, o, Kanadanın vətəndaşlarını təxliyə etmək üçün Uhan şəhərinə göndərdiyi təyyarəyə minməyib. Bildirilir ki, 21 yaşlı qız pişiyini tərk etməmək üçün belə addım atıb. Pişiklərin təyyarəyə götürülməsinin qadağan olduğunu bilən gənc, özü də laynerə minməkdən imtina edib.
8 ay əvvəl Uhan şəhərinə gələn qız bildirib ki, o, çətin vəziyyətə baxmayaraq, pişiyinə görə Uhan şəhərində qalmağa üstünlük verib. Çox nadir hallarda yalnız ərzaq almaq üçün evi tərk edən xanım, gündəlik yaşadıqlarını yutub kanalı vasitəsiylə paylaşır. Gəncin bu davranışı qohumları tərəfindən birmənalı qarşılanmayıb. (publika.az)