Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb

Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb

Tarix: 19 Fevral 2020 21:28

Bakıda ötən ay ərzində torpağın və bağ evlərinin qiyməti azalıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, yanvar ayında topraq bazarında qiymətlərdə azalma 3.35 faiz təşkil edib, il ərzində isə 0.6 faiz artım olub.

Ekspertin sözlərinə görə, bağ evlərinin qiymətində ay ərzində azalma 6.96 faiz olub, il ərzində isə 8.1 faiz artım qeydə alınıb.

N.İbrahimov vurğulayıb ki, fərdi yaşayış evlərinin qiymətində ay ərzində artım 2.52 faiz təşkil edib, il ərzində isə artım 1.39 faiz olub.

Milli.Az


Etiketlər:  Bakıda torpağın bağ evlərinin qiyməti ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ