Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qərar hüququ olmaqdan çox siyasidir'' - ''Siti''dən UEFA-nın cəzasına reaksiya

''Qərar hüququ olmaqdan çox siyasidir'' - ''Siti''dən UEFA-nın cəzasına reaksiya

Tarix: 20 Fevral 2020 09:00

"Mançester Siti"nin prezidenti Ferran Soriano UEFA-nın klubu 2 mövsümlük avrokuboklarına uzaqlaşdırması ilə bağlı qərarını şərh edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, klubun saytına açıqlamasında maliyyə "feyr pley" qaydalarını pozmadıqlarını deyib: "Azarkeşlərimiz iki şeydən əmin ola bilər. Birincisi, bizə edilən ittihamlar yanlışdır. İkincisi, bunu sübut etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

UEFA ilə hər zaman işbirliyi qurduqlarını vurğulayan Soriano daha sonra bildirib: "Gəlir əldə edən klubuq, borcumuz yoxdur. Hesablarımız dəfələrlə araşdırılıb. Təcrübələrimizə görə, verilən qərar hüquq olmaqdan çox siyasi görünür".


Etiketlər:  Qərar hüququ olmaqdan çox siyasidir Sitidən UEFA nın cəzasına reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ