Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 15:32
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Köçəryan ailəsi ilə gücünü birləşdirir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Jamanak" qəzeti yayıb. Məlumata görə, eks-prezident Robert Köçəryanın oğlu Sedrak Köçəryan Vanetsyanla birgə partiya yaratmağı planlaşdırır.
Qeyd edək ki, bundan öncə Vanetsyan partiya yaradacağını və bunun Ermənistanın ən böyük müxalifət partiyası olacağını açıqlamışdı.