Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK daha 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

MSK daha 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

Tarix: 20 Fevral 2020 18:00

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü Tofiq Həsənov qeyd edib ki, araşdırmalar zamanı bir sıra seçki məntəqələrində səsvermənin pozulması halları öz təsdiqini tapıb.

O bildirib ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59-cu məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.


Etiketlər:  daha seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi


RƏYLƏR