Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK Kürdəmir seçki dairəsi üzrə 5 məntəqədə seçkilərin nəticələrini ləğv edib

MSK Kürdəmir seçki dairəsi üzrə 5 məntəqədə seçkilərin nəticələrini ləğv edib

Tarix: 20 Fevral 2020 19:03

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 57 saylı Kürdəmir seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı həmin beş seçki məntəqəsində səsvermənin pozulması halları öz təsdiqini tapıb. O bildirib ki, 7, 18, 20, 27, 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.


Etiketlər:  Kürdəmir seçki dairəsi üzrə məntəqədə seçkilərin nəticələrini ləğv edib


RƏYLƏR