Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 22:45
Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Administrasiyadan bildiriblər ki, diaspora fəaliyyətinin gücləndirilməsi hazırda ən ümdə məsələlərdən biridir:
"Təəssüflər oısun ki, bu gün Azərbaycan və Türkiyə haqlı mövqeydən çıxış etmələrinə baxmayaraq, xüsusən də Qərbdə hər iki dövlət əleyhinə ciddi təbliğat aparılır. Diaspora sahəsində əməkdaşlığın gücləndirilməsi ölkələrimiz əleyhinə aparılan təbliğatın qarşısının alınmasında ciddi addım olacaq".
Administrasiyadan o da bildirilib ki, yaxın zamanlarda ortaq diasporanın təsis edilməsi gündəmə gətiriləcək.
Qeyd olunub ki, Türkiyə bütün sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.