Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sənətdən anlayışı yoxdur, amma hamıdan hörmətli-izzətlidir'' - Əməkdar artistin səhhətində problemlər yaranıb

''Sənətdən anlayışı yoxdur, amma hamıdan hörmətli-izzətlidir'' - Əməkdar artistin səhhətində problemlər yaranıb

Tarix: 22 Fevral 2020 09:15

Əməkdar artist, tanınmış aktyor Vahid Əliyevin səhhətində problemlər yaranıb.

Sonxeber.net bildirir ki, yenicag.az-a açıqlama verən aktyor depressiyadan əziyyət çəkdiyini də bildirib:

"Depressiyadayam, ağır durumdayam. Xeyli vaxtdır ki, özümə qapanmışam, sənətdən də, özümdən də küsmüşəm. Böyrəklərimdə, öd kisəmdə ciddi problemlər var, həkimə də getmirəm. Əməliyyat olunmalıyam. Müayinə olunmaq belə istəmirəm. Məni bu həddə çatdıran səbəblər var. Vaxtilə yanımda epizodik rollar oynayan adamlar bu gün xalq artistidir. Elə insanlar var, sənətdən anlayışı yoxdur, amma hamıdan hörmətli-izzətlidir, öndə gedir. Belələrini görəndə çox pis oluram. Həyatdan küsmüşəm. Fikirləşirəm ki, 47 il sənətdə külüng çalmışam, amma nə faydası? Laqeydliyi görəndə çox peşmançılıq hissi keçirirəm. Baxırsan ki, Türkiyədə, Rusiyada, digər xarici ölkələrdə aktyorlar üçün xüsusi rollar yazılır. Amma bizdə yaşlı aktyorlar üçün oynamağa rol da yoxdur. Heç seriallara da çəkilmirəm. Tək-tük halda film çəkilir".


Etiketlər:  Sənətdən anlayışı yoxdur amma hamıdan hörmətli izzətlidir Əməkdar artistin səhhətində problemlər yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ