Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 10:14
"Azərbaycanın İtaliya ilə bütün sahələrdə əlaqələrinin getdikcə inkişaf etməsi ölkəmizdə italyan dilli kadrlara olan tələbatı daha da artıracaq".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli deyib.
Onun fikrincə, bu amil Azərbaycanda italyan dili öyrənmək istəyənlərin sayını daha da artıracaq:
"Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda bu dilə olan maraq ildən-ilə artır. ADU-nun Tərcümə fakültəsində italyan dili (tərcümə) ixtisası üzrə kadrlar hazırlanır. Hazırda fakültədə 60-a yaxın tələbə italyan dilini öyrənir".
A.Cəfərli əlavə edib ki, ADU-da İtaliya Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. ADU və İtaliyanının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı sayəsində açılmış mərkəzdə italyan dili, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı, tarixi, ədəbiyyatı və digər məsələlərlə maraqlanan tələbələr üçün əlverişli şərait yaradılıb.
ADU rəsmisinin sözlərinə görə, italyan dilinin sirlərini öyrənənlər mərkəzdəki zəngin kitabxanadan, eləcə də italyan dilində audio-video materiallardan bəhrələnə bilərlər.