Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir məntəqədə səsvermənin nəticələri ləğv edildi

Daha bir məntəqədə səsvermənin nəticələri ləğv edildi

Tarix: 22 Fevral 2020 16:39

Bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 48 saylı Yevlax seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 6 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. O bildirib ki, 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az


Etiketlər:  Daha bir məntəqədə səsvermənin nəticələri ləğv edildi


RƏYLƏR