Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 16:46
Koronavirusun Çin xaricində sürətlə yayılması böyük narahatlıq yaradır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşiklatının (ÜST) rəhbəri Tedros Abhanom deyib.
"Bu virusu nəzarətdə saxlamaq üçün lazım olan vaxt getdikcə azalır. Bu şansı qaçırsaq, o zaman əsl problem başlayar. Bir gün geriyə baxıb bu zamandan istifadə etmədiyimiz üçün peşman olmamalıyıq", - deyə ÜST rəhbəri bildirib.
Abhanom İranda koronavirusdan ölənlərin sayının artması, Livanda ilk koronavirusa yoluxma halının qeydə alınması olaylarının həyəcan təbili olduğunu söyləyib.