Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 07:56
Estoniyanın paytaxtı Tallində restoran sahibi olan çinli aşpaz həmyerlilərinə yardım etmək məqsədilə virus əleyhinə küllü miqdarda maska alaraq ölkəsinə göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, o, Tallinn və Tartu şəhərlərinin təsərrüfat malları dükanından şəxsi vəsaiti hesabına 20 min maska alaraq Çinə göndərib.
"Çin əhalisi ölkə xaricində yaşayan bütün soydaşlarından maskalar gözləyir. Bunu etməyə borcluyuq. Mən axı çinliyəm. Ailəmə, dostlarıma və ölkəmə yardım etməliyəm", - deyə Han Yanq söyləyib.