Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan gözəl ölkədir'' - David Luis

''Azərbaycan gözəl ölkədir'' - David Luis

Tarix: 23 May 2019 10:40

“Bu turnirdə hədəfimiz finala gedib çıxmaq idi. Buna nail olduğumuz üçün xoşbəxtəm. Həlledici oyunda da qalib gəlməyə çalışacağıq. Turnirin əvvəlindən bunun üçün çalışırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin futbolçusu David Luiz Britaniya mətbuatına deyib.

O, Avropa Liqasının finalında qarşılaşacaqları "Arsenal"ın futbolçusu Henrik Mxitaryanın Bakıya gətirilməməyinə də münasibət bildirib: “Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. “Qarabağ”a qarşı oynayan zaman Azərbaycanda olmaq imkanım oldu. Ora  gözəl ölkədir”.

Qeyd edək ki,  Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü mayın 29-u saat 23:00-da başlayacaq.

 


Etiketlər:  Azərbaycan gözəl ölkədir David Luis


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ