Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rasim Musabəyovun lider olduğu dairə ilə bağlı QƏRAR

Rasim Musabəyovun lider olduğu dairə ilə bağlı QƏRAR

Tarix: 23 Fevral 2020 20:09

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 18 saylı Nərimanov-Nizami seçki darəsi ilə bağlı müraciətə baxılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK üzvü İlham Məmmədov bidirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 saylı seçki məntəqəsndə öz təsdiqini tapıb. İ.Məmmədov qeyd edib ki, həmin seçki məntəqəsində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. MSK üzvü həmin məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rasim Musabəyovdur.


Etiketlər:  Rasim Musabəyovun lider olduğu dairə ilə bağlı QƏRAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ