Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 08:32
Türkiyədən İrana ixrac və malların tranziti əməliyyatları İslam Republikasında yeni növ koronavirusun yayılmasına baxmayaraq davam edir.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.
Onun sözlərinə görə, qonşu ölkədə yeni növ koronavirusun yayılması ilə əlaqədar Türkiyə-İran sərhədində nəzarət-buraxılış məntəqəsindən nəqliyyat vasitələrinin, sərnişinlərin keçidi, o cümlədən İslam Respublikasından Türkiyəyə malların gətirilməsi dayandırılıb.