Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AzerGold” bir neçə qızıl sahəsini istifadəyə verəcək

“AzerGold” bir neçə qızıl sahəsini istifadəyə verəcək

Tarix: 24 Fevral 2020 13:36

"AzerGold" QSC 2021-ci ildə şirkətin geoloqları tərəfindən aşkar olunmuş "Ağyoxuş" və "Marax" sahələrini istifadəyə verməyə planlaşdırır.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Ağyoxuş" sahəsinin ehtiyat potensialı 40 min unsiya həcmində qiymətləndirilir. Hazırda layihə çərçivəsində hasilatın aparılması üçün mədənin dizaynı hazırlanır.

"Marax" sahəsindəki ilkin kəşfiyat işləri də müsbət nəticə verib. Hazırda sahənin qızıl potensialının dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri aparılır.

Z.İbrahimov əlavə edib ki, Göygöl rayonunda yerləşən yatağın şimal hissəsində hasilatın başlanması üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri davam edəcək. Həmin yatağın ehtiyat potensialı 500 min unsiya həcmində qiymətləndirilir.


Etiketlər:  AzerGold neçə qızıl sahəsini istifadəyə verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ