Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 14:00
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.
Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a Hafiz Hacıyevin özü məlumat verib.
O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır.
"Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm", - deyə Hafiz Hacıyev söyləyib.
Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.