Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 14:04
Dünya bazarlarında koronavirus təhlükəsi Azərbaycanda qızıl və digər metalların qiymətlərinə təsir etməyib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünya bazarlarında qızıl və digər metalların qiyməti aktiv şəkildə dəyişir. Bu ilk növbədə Çində yayılan koronavirusla əlaqədardır. Belə ki, investorların böyük əksəriyyəti qiymətli metalları iri həcmlərdə satın alır.
Z.İbrahomov əlavə edib ki, şirkətin 2020-ci il üçün hasilat proqnozu 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüş təşkil edir.