Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 18:35
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı aktyor Fəqan Məmmədov və Üzeyir Mehdizadə olub.
Sonxeber.net bildirir ki, Fəqan Üzeyirlə olan dostluğundan söhbət açıb:
"Üzeyirlə 16 ildir ki, dostduq. Bir yerdə qədəm qoymuşuq. Yumorla bağlı ilk albom məsləhətini Üzeyir verdi".
Aktyor eyni zamanda keçdiyi çətin mübarizə yolundan da danışıb:
"Uşaqlıqdan Bərdə rayonunda "Şən Hazırcavablar klubu"nun kapitanı olmuşam. O komandanı da atamın qorxusundan gizlin yaratmışdım. Atam məni başqa sahəyə, vəzifə sahibi olmaq üçün yönləndirirdi... Döyülə-döyülə, kəmərlə belimə vururdu, amma gizlincə musiqi ilə məşğul olurdum. Travma almışam".